EN

"Qarabağ" "Sabah"la qarşılaşmada xal itirdi

Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulub. SİA xəbər verir ki, əvvəlcə "Turan Tovuz" "İmişli"ni qəbul edib. Qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" qalib gəlib - 1:0.

Günün son oyunu isə turun mərkəzi qarşılaşması hesab olunur. Böyük maraqla gözlənilən matçda "Qarabağ" "Sabah"ı qəbul edib. Matç 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Ardıcıl 10 oyundur qalib gələn "Sabah" hazırda 53 xalla liderdir. "Qarabağ" isə 46 xalla 2-cidir. Hazırda komandalar arasında 7 xal fərq mövcuddur. Eyni zamanda "Qarabağ"ın ehtiyatda "Neftçi" ilə bir oyunu var.

Mətləb

Chosen
13
sia.az

1Sources