EN

"Tottenhem" səfərdə "Fulhem"ə uduzdu

İngiltərə Premyer Liqasının 28-ci turunun Londonun "Fulhem" və "Tottenhem" komandaları arasında keçirilən oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Londondakı "Craven Cottage" stadionunda keçirilən görüşü meydan sahibləri 2-1 hesabı ilə qazanıb. 

Hesabı yeddinci dəqiqədə Harri Uilson açaraq "Kottegers"ə hesabı açıb. 34-cü dəqiqədə Aleks İvobi komandanın üstünlüyünü ikiqat artırıb. 66-cı dəqiqədə Riçarlison "Tottenhem"dən bir qol vurub.

Bu oyundan sonra "Fulhem" İngiltərə Premyer Liqasının turnir cədvəlində 40 xalla doqquzuncu, "Tottenhem Hotspur" isə 29 xalla 16-cı yerdədir.

Chosen
17
90deqiqe.az

1Sources