EN

Jozef Avn Ali Müdafiə Şurasının təcili iclasını çağırıb

Jozef Avn Ali Müdafiə Şurasının təcili iclasını çağırıb

Livan Prezidenti Jozef Avn İsrail və ABŞ-ın İrana qarşı davam edən hücumları fonunda mövcud vəziyyəti müzakirə etmək üçün Ali Müdafiə Şurasının təcili iclasını çağırıb.

AFN.az xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı rəsmi məlumata görə, dövlət başçısı paytaxt Beyrutdakı "Baabda" sarayında keçiriləcək toplantıda regiondakı son hadisələrin geniş təhlil olunmasını istəyib.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, həmçinin İranın Körfəz ölkələrindəki ABŞ bazalarına cavab zərbələri endirməsi ilə artan gərginlikdən sonra Prezident Avn təhlükəsizlik məsələlərini müzakirə etmək qərarına gəlib. Administrasiyanın internet səhifəsində yer alan məlumata görə, Şura Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müdafiə siyasətinin icrası üçün zəruri tədbirlərin görülməsi barədə qərarlar qəbul edir.

Qeyd olunub ki, Ali Müdafiə Şurasının iclasında qəbul edilən qərarlar məxfi saxlanılır. Bu addım regionda hərbi aktivliyin artdığı bir dövrdə Livanın təhlükəsizlik strategiyasını müəyyən etmək məqsədi daşıyır.

Chosen
86
afn.az

1Sources