EN

Serbiya səfiri və əməkdaşları Azərbaycana təxliyə olunurlar

Tehrandakı Serbiya səfirliyi zərbənin birbaşa hədəfi olmasa da, bina hələ də dağıntılar altında qalıb.

"Unikal" xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç bildirib.

"Zərbələrdən biri Bəsic hava bazasına yönəlib. Dağıntılar səfirliyimizə zərər vurub. İrandakı insanlarımıza gəldikdə isə, bu gün heyətimiz Azərbaycan istiqamətində təxliyə olunacaq", - deyə Serbiya lideri qeyd edib.

O, həmçinin Serbiya səfirinin müvəqqəti olaraq Azərbaycana gedəcəyini, lakin daha sonra Tehrana qayıdacağını açıqlayıb.

Vuçiç əlavə edib ki, regionda ən çox sayda Serbiya vətəndaşı BƏƏ-dədir və onlar ən qısa zamanda təxliyə olunacaqlar.

Chosen
13
6
unikal.az

7Sources