EN

Albon Avstraliya Qran prisi üçün xüsusi dəbilqəsini təqdim etdi FOTO

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Uilyams” komandasının pilotu Aleks Albon “Formula-1”də 2026-cı il mövsümünün açılış mərhələsi olan Avstraliya Qran-prisi üçün hazırladığı xüsusi dəbilqə dizaynını təqdim edib.

İdman.Biz xəbər verir ki, taylandlı pilot Melburn yarışı üçün fərqli tərtibata üstünlük verib.

Xatırladaq ki, “Uilyams”ın pilotları Aleks Albon və Karlos Sayns 2025-ci il mövsümünü ilk onluqda başa vurublar. Albon şəxsi hesabda səkkizinci, Sayns isə doqquzuncu yeri tutub. Karlos Saynsın Qətər Qran-prisindəki üçüncülüyü komandaya mövsümün sonuna bir mərhələ qalmış Konstruktorlar Kubokunda beşinci pilləni təmin etməyə kömək edib.

Qeyd edək ki, Avstraliya Qran-prisi 2026-cı il martın 6-dan 8-nə qədər keçiriləcək. Cari mövsüm “Formula-1” tarixində yeni reqlamentin tətbiq olunduğu ilk il olacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
icma.az

2Sources