EN

İraqda Xameneinin ölümündən sonra üç günlük matəm elan edilib

İraqda

Əhalisinin əksəriyyəti şiə müsəlmanlardan ibarət olan İraq hökuməti İranın ali dini lideri ayətullah Əli Xameneinin həlak olması ilə əlaqədar ölkə üzrə üç günlük matəm elan edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə INA agentliyi məlumat yayıb.

28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Hücumlar İranın ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. İslam Respublikasının dövlət televiziyasının məlumatına görə, ali dini lider Əli Xamenei həlak olub.

Məryəm Quliyeva

Chosen
25
xalqcebhesi.az

1Sources