Ekspertlər Şurası 1 mart bazar günü toplanacaq və İranın yeni Ali Liderinin seçilməsi üzərində işə başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani IRIB-də məlumat verib.
“İran Konstitusiyasının 111-ci maddəsinə əsasən, Ali Liderin vəfatı halında Ekspertlər Şurası ən qısa müddətdə yeni Ali Lideri seçməlidir. Ekspertlər Şurası bu gün toplanacaq və öz işinə başlayacaq”, – deyə o bildirib.