EN

FİFA İranda baş verənləri diqqətdə saxlayır

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

FİFA-nın baş katibi Mattias Qrafström bölgədəki gərgin hərbi vəziyyət fonunda DÇ-2026-da təhlükəsizliklə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, funksioner bununla bağlı ESPN-ə açıqlama verib:

"Bu səhər İranla bağlı xəbərləri oxudum. Bu gün görüşümüz oldu və ətraflı şərh vermək üçün hələ tezdir, amma dünyadakı bütün məsələlərlə bağlı hadisələri izləyəcəyik. Final oyunlarının püşkatması bütün komandaların iştirakı ilə Vaşinqtonda keçirildi. İndi əsas diqqətimiz bütün komandalar üçün təhlükəsiz və etibarlı mundial təşkil etməkdir. Həmişə olduğu kimi, ev sahibi olan hər 3 dövlətlə əlaqə saxlamağa davam edəcəyik".

Qeyd edək ki, DÇ-202611 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
208
sport24.az

1Sources