İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei ABŞ-ın hücumları nəticəsində öldürülüb.
Heftelik.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
“Fars” xəbər agentliyinin məlumatına görə, İranın Ali Rəhbərinin ailəsinin dörd üzvü, o cümlədən qızı və nəvəsi ABŞ-ın hücumları zamanı həlak olub.
İran hökuməti Ali Rəhbər Əli Xameneinin ölümü ilə bağlı 40 günlük milli matəm elan edib.
Hökumət dövlət idarələrinin 7 gün müddətinə bağlanması ilə bağlı qərar qəbul edib.
“IRIB News”un məlumatına görə Xamenei vəzifə borcunu yerinə yetirdiyi zaman həlak olub. Hücumun şənbə gününün erkən saatlarında baş verdiyi bildirilir.