EN

İran Futbol Federasiyasının prezidenti millinin DÇ-2026-dan çıxması ehtimalına münasibət bildirib

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il dünya çempionatından çıxması ehtimalına münasibət bildirib.

“ABŞ-ın hücumundan sonra dünya çempionatını ümidlə baxmaq olmaz, lakin bu məsələ ilə bağlı qərarı idman təşkilatlarının rəhbərləri verməlidir”, - deyə Tac bildirib.

İran milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazanıb və Belçika, Misir və Yeni Zelandiya ilə G qrupunda yer alıb. Komandanın hər üç oyununun ABŞ-da keçirilməsi planlaşdırılır.

2026-cı il dünya çempionatı bu yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

İdman.Biz
Chosen
29
idman.biz

1Sources