EN

İran BMT-də ABŞ və İsrailin hücumunu hərbi cinayət adlandırdı

BAKI, 1 mart. TELEQRAF

İranın BMT-dəki daimi nümayəndəsi Amir Said İravani ABŞ və İsrailin İrana endirdiyi zərbələri həm hərbi cinayət, həm də insanlığa qarşı cinayət adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə diplomat 28 fevral tarixində ABŞ və İsrailin İrana hücumları ilə bağlı keçirilmiş BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərkən bildirib.

İravani vurğulayıb ki, bu hərəkətlər sadəcə təcavüz aktı deyil, həm də beynəlxalq hüquqa zidd hərbi və insanlığa qarşı cinayətdir.

Chosen
20
2
teleqraf.com

3Sources