İran ABŞ-nin raket hücumuna cavab olaraq Pentaqonun 1,1 milyard dollarlıq ballistik raket aşkarlama radarını məhv edib.
Xarici KİV-lərin yazdığına görə, söhbət Qətərdəki ABŞ bazasında yerləşən AN/FPS-132 radar stansiyasından gedir. “Al Mayadeen” telekanalı radarın məhv edilməsi barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
SEPAH-ın məlumatına görə, obyekt tamamilə sıradan çıxarılıb. Bu tip radar ballistik raketləri aşkarlamaq üçün istifadə olunur və onun bildirilən mənzili 5000 km-ə qədərdir.
Mətləb