EN

"Atletiko Madrid"dən çətin qələbə

2025/2026-cı il İspaniya La Liqa mövsümünün 26-cı turunun "Real Ovyedo" və "Atletiko Madrid" komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, "Nuevo Karlos Tartiere" stadionunda keçirilən oyunda qonaq komanda 1-0 hesablı qələbəni qeyd edib.

Oyunun yeganə qolunu 90+4-cü dəqiqədə qonaq hücumçu Xulian Alvares vurub.

İspaniya liqasında 26 oyundan sonra "Atletiko Madrid"  51 xalla turnir cədvəlində üçüncü yerdədir. "Real Ovyedo" 25 oyundan sonra 17 xalla 20-ci yerdədir.

Növbəti turda "Atletiko" 7 martda evdə "Real Sosyedad", "Real Ovyedo" isə 9 martda səfərdə "Espanyol" ilə qarşılaşacaq.

Chosen
38
90deqiqe.az

1Sources