EN

İran XİN-dən Xamenei ilə bağlı açıqlama

İranın Ali Lideri Əli Xamenei sağ-salamatdır. 

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "Sky News"a bildirib.

O, Ayətullahın və ölkə prezidenti Məsud Pezeşkianın sağ olduğunu vurğulayıb.

Qeyd edək ki, İsrail mənbələri Xameneinin ölümü ilə bağlı faktların olduğunu iddia edirlər. Onlar dini liderin cəsədinin dağıntılar altından çıxarıldığını, bu barədə videofaktın İsrailin baş nazirinə göstərildiyini açıqlayıblar. 

Dünyaca məşhur bir çox xəbər agentlikləri də Xameneinin hücumlarda öldürüldüyü qənaətinə gəlib.

Ağarza Elçinoğlu 

Chosen
17
10
unikal.az

10Sources