AZ

İraq da matəm elan etdi

İraq hökuməti İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra üçgünlük milli matəm elan edib.

"Unikal" xəbər verir ki, hökumət sözçüsü Bassem Əl-Avidi bildirib:

"Böyük kədərlə, alim və mühacid, Ali Lider, Peyğəmbər ailəsinin ən önəmli şəxslərindən biri hesab etdiyimiz Ayətullah Seyid Əli əl-Hüseyni əl-Xamneyinin şəhid olması münasibətilə hörmətli İran xalqına və bütün İslam ümmətinə başsağlığı veririk".

O, həmçinin qeyd edib ki, sui-qəsd "açıq-aşkar təcavüz və bütün insan və əxlaq normalarını pozan və açıq-aşkar beynəlxalq qanunlara və konvensiyalara zidd olan qınanmalı bir hərəkət nəticəsində" baş verib.

Seçilən
16
15
unikal.az

10Mənbələr