EN

İsrail İrana məxsus strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı zərbələri tamamlayıb

İsrail Müdafiə Qüvvələri (IDF) bir qədər əvvəl öz kəşfiyyat məlumatlarına əsaslanaraq, İrana məxsus strateji müdafiə sistemlərinə qarşı genişmiqyaslı zərbələri tamamlayıb.

APA xəbər verir ki, bu barədə (IDF) məlumat yayıb.

“Zərbələrdən biri İranın qərbində, Kermanşah bölgəsində yerləşən qabaqcıl SA-65 hava hücumundan müdafiə sisteminə yönəldilib. Müharibə boyunca və xüsusilə “Qalxan Şir” əməliyyatı zamanı IDF İran rejiminin müdafiə sisteminə ciddi zərər vurmuşdu. Bu zərbələrin məqsədinin İsrail Hərbi Hava Qüvvələrinin İran hava məkanında əməliyyat azadlığının təmin olunması və gücləndirilməsi, eləcə də SEPAH-ın imkanlarını zəiflətmək və İsrail Dövlətinin daxili cəbhəsinə yönələn təhdidlərin qarşısını almaq olduğu qeyd edilib.

Chosen
26
50
apa.az

10Sources