Yazını böyüt
Yazını kiçilt
İranın Minab şəhərində qızlar məktəbinə endirilən hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Hafta.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə zamanı ölənlərin sayı 51-ə çatıb, 60 nəfər isə yaralanıb.
*** 15:36
İranın Minab şəhərində qızlar üçün fəaliyyət göstərən ibtidai məktəbə hücum olub.
Hafta.az İran mətbuatına istinadən bildirir ki, hücum nəticəsində 40 şagird ölüb, 48-i yaralanıb.
Hadisə məktəb və ətraf ərazilərdə böyük dağıntılara səbəb olub. Xilasedici və tibbi xidmətlər dərhal fəaliyyətə başlayıb.