Bakı. Trend:
ABŞ ordusunun Hərbi Dəniz Qoşularının Bəhreyndəki bazası vəregion ölkələrindəki digər hərbi bazaları vurulub.
Trend-inməlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu(SEPAH) məlumat yayıb.
Məlumata görə, ABŞ ordusunun Qətər və BƏƏ-dəki hərbi bazaları,eləcə də İsraildə təhlükəsizlik və hərbi bazaları atəşətutulub.
Məlumatda qeyd olunur ki, “Doğru Vəd 4” əməliyyatının ilkmərhələsində İran Silahlı Qüvvələri İrana hücum edən İsrail vəABŞ-nin regional hədəfləri atəşə tutulub.
Məlumatda deyilir ki, İran Silahlı Qüvvələrinin raket və dronhücumları davam edir.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.