AZ

İrana hücumlar nəticəsində ölənlərin sayı açıqlandı

Bakı. Trend:

ABŞ və İsrailin İrana hərbi hava hücumları nəticəsində indiyəqədər 24 vilayətdə 201 nəfər ölüb.

Trend-inməlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsüMuctaba Xaledi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hərbi hava hücumları nəticəsində indiyəqədər 74 nəfər yaralanıb.

Xaledi qeyd edib ki, indiyə qədər 220-dən çox əməliyyat qrupuhadisə yerində olub və xilasetmə əməliyyatı həyata keçirib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Seçilən
23
2
az.trend.az

10Mənbələr