EN

İranda baş verən hadisələrə görə bu avtobus reysləri təxirə salınır - SİYAHI

Bakı. Trend:

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlikməqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşanBakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

Trend xəbər verir ki, bubarədə AYNA məlumat yayıb.

Bildirilir ki, fevralın 28-də Bakıdan Naxçıvana olan 19:00 və20:00 reysləri, Bakıdan Şərura olan 21:00 reysi, Naxçıvandan Bakıyaolan 15:30, 16:30 və 17:30 reysləri, eləcə də Şərurdan Bakıya olan16:30 reysi müvəqqəti təxirə salınır.

Bakı-Naxçıvan-Bakı reyslərinin bərpası barədə ictimaiyyətə əlavəməlumat veriləcək.

Əlavə suallar yaranarsa, sərnişinlər AYNA-nın “141” ÇağrıMərkəzi ilə əlaqə saxlaya bilərlər.

Yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindənkeçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyəttətbiq olunmur. Daşıyıcılarla mütəmadi olaraq əlaqə saxlanılır vəməsələ nəzarətdədir. Hər hansı dəyişiklik olarsa, ictimaiyyətəməlumat veriləcək.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Chosen
26
7
az.trend.az

7Sources