Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dhabidə partlayış səsləri eşidilib.
Heftelik.az CNN-ə istinadən xəbər verir ki, partlayış səsləri şəhərin bir neçə hissəsində eşidilib.
Bəhreyndə də partlayış səsləri eşidilib. “Əl Ərəbiyyə” telekanalının məlumatına görə, həyəcan siqnalları işə düşüb.
ABŞ-ın Bəhreyndəki bazasına zərbə endirildiyinə dair məlumatlar var. Lakin hələlik bu barədə rəsmi məlumat yoxdur.
Bundan başqa, Qətərin hava məkanını bağladığı bildirilir.