EN

Uzuntəpə su anbarında subasma təhlükəsi yaranıb FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Axşam saatlarından etibarən bölgəyə yağan intensiv yağışlardan sonra Cəlilabad rayonunda Mişarçayda sululuq kəskin artıb, hazırda çaydan sel keçir.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad rayonu ərazisində yerləşən Uzuntəpə su anbarında isə suyun həcmi maksimum səviyyəyə çatıb.

 

Səhər saatlarında subasma təhlükəsi yarandığından əraziyə texnika cəlb olunub, müvəqqəti bəndlər qurulub.

Hazırda su anbarında daşqın riski qalmaqdadır. Riskin artacağı təqdirdə, günorta saatlarına doğru suyun təhlükəsiz ötürülməsi məqsədilə anbarın ön hissəsinin texnika vasitəsilə açılması nəzərdə tutulur.

Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
4
bizim.media

4Sources