EN

Yarışa buraxılmayan Hidayət Heydərov cəzalandırıldı

Azərbaycan Cüdo Federasiyası (ACF) Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.

Fanat.Az xəbər verir ki, bu barədə "Report"un sorğusunu ACF belə cavablandırıb:

"Hidayət Heydərov (73 kq) çəkisini sala bilmədiyinə görə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirinə buraxılmayıb. Azərbaycan Cüdo Federasiyası daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb", - qurumdan vurğulanıb.

Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Chosen
13
fanat.az

1Sources