EN

Şamaxıda dördüncü zəlzələ qeydə alınıb – YENİLƏNİB

Şamaxıda daha bir zəlzələ qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.

Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

***

08:20

Şamaxıda üçüncü zəlzələ qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3.8 olub.

Yeraltı təkanın ocağı 13 kilometr dərinlikdə qeydə alınıb.

***
05:01

Şamaxıda növbəti zəlzələ qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3.6 olub.

Yeraltı təkanın ocağı 14 kilometr dərinlikdə qeydə alınıb.

***
02:46

Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin maqnitudası 3.0 olub.

Yeraltı təkanın ocağı 8 kilometr dərinlikdə qeydə alınıb.

Chosen
19
11
interpress.az

10Sources