EN

Şamaxıda yenidən zəlzələ olub - YENİLƏNİB 2

Şamaxıda
Şamaxıda yenidən zəlzələ olub. 1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, təkanlar yerli vaxtla saat 08.31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3 olub və təkanlar hiss olunmayıb. 27.02.2026 16:50 Şamaxıda zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Şamaxıda ikinci zəlzələ qeydə alınıb. 1news.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 10 kilometrdir. *** 16:20 Azərbaycanda hissedilən zəlzələ olub. Bu barədə 1news.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib. Yeraltı təkan yerli vaxtla 15:52-də baş verib. 13 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 4,7-dir.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Chosen
20
22
1news.az

10Sources