Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,8 olan yeraltı təkanlar yerli vaxtla saat 06:34-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 13 kilometr olub və episentrdə, episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Bununla da Şamaxıda iki gün ərzində baş verən yeraltı təkanların sayı 7-yə çatıb.
Tarix: 28 Fevral 2026, 08:41