EN

Şamaxıda yenidən zəlzələ olub - YENİLƏNİB3

Bakı, 28 fevral, AZƏRTAC

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Yerin 13 km dərinliyində yerləşən zəlzələ ocağının maqnitudası 3,8 olub.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

05:06

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Pirqulu stansiyasından 23 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

04:30

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Şamaxı rayonunda zəlzələ qeydə alınıb, zəlzələ hiss olunmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 00:36-da qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 8 kilometr olub və hiss edilməyib.

19:56

Şamaxı rayonunda yenidən zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 19:12-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 9 kilometr olub və hiss edilməyib.

Chosen
20
22
azertag.az

10Sources