EN

Oman XİN başçısı: İran zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazırdır

İran ABŞ ilə danışıqlarda bütün zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşıb.

APA xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr əl-Busaidi "CBS" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Vaşinqtonun nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün Tehrana qarşı əsas tələblərindən biridir.

"Mövcud ehtiyatlara gəldikdə, inanıram ki, artıq onların mümkün olan minimum səviyyəyə - neytral, təbii səviyyəyə qədər emal ediləcəyi barədə razılığa gəlinib. Yəni, onlar yanacağa çevriləcək və bu yanacaq geri dönməz olacaq", - nazir bildirib.

Chosen
14
2
apa.az

5Sources