Bakı. Trend:
ABŞ 4-5 mart tarixlərində Kaliforniyadakı Vandenberqaviabazasından silahsız "Minuteman III" qitələrarası ballistikraketini sınaqdan keçirəcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ Hərbi Hava QüvvələrininQlobal Hücum Komandanlığı xəbər verib.
Raketin buraxılışının müəyyən günlərdən birində, Bakı vaxtı iləsaat 11:01-dən 17:01-ə qədər olan vaxt pəncərəsi çərçivəsində baştutması planlaşdırılır.
"Qlobal ballistik raketlərin sınaq buraxılış proqramının məqsədisilah sisteminin effektivliyini, hazırlığını və dəqiqliyinitəsdiqləməkdir", - deyə bildirilib.
Qeyd olunub ki, sınaq planlaşdırılıb və bir neçə il əvvəlplanlaşdırılıb.