EN

Omanın xarici işlər naziri İran məsələsində əhəmiyyətli irəliləyişlərə ümid edir

Bakı. Trend:

İran və ABŞ arasında dialoqa vasitəçilik edən Omanın xariciişlər naziri Bədr əl-Busaidi Tehran və Vaşinqton arasındadanışıqlar prosesində çox yaxın gələcəkdə əhəmiyyətliirəliləyişlərə ümid etdiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziyakanalı xəbər verib.

"Biz qarşıdakı günlərdə İran məsələsində ciddi irəliləyişlərəümid edirik", - deyə nazir Vaşinqtonda ABŞ vitse-prezidenti Cey DiVens ilə görüşdən sonra bildirib.

Əl-Busaidi əlavə edib ki, o, "ABŞ vitse-prezidentinə İran tərəfiilə danışıqların təfərrüatları barədə məlumat verib". Oman naziriyekun olaraq "Sülh bizim əlimizdədir" deyib.

Chosen
29
az.trend.az

1Sources