EN

Demçenko: “Futbolçularımın istəkli olması sevindiricidir” – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Azərbaycan Premyer Liqasının 22-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Dalğa Arena”da baş tutmuş görüşü Naxçıvan təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Demçenko qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu gün meydanda başqa komanda gördük. Deyə bilərəm ki, artıq irəli getmişik. Pis oynamadıq. Qələbə qazanmaq üçün yaxşı imkanlarımız oldu. Futbolda belə hallar olur. Qol vurmursansa, sənə qol vururlar. Bütün baş verənlər bizim səhvlərimizin nəticəsi idi. Bu gün futbolçularımızın gözündə alov var idi, istəkli idilər. Bu, sevindiricidir.

Mənim üçün əsas olan məşqdir. Futbolçu məşqdə nə göstərirsə, oyunda da onu göstərir. Hansı oyunçu məşqlərdə verdiyim tapşırıqları tez qəbul edirsə, o da start heyətində başlayır. Bu gün Nuno Rodriqesə şans verdik. O da özünü çox yaxşı göstərdi. Biz ondan razı qaldıq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
1
7
arena.az

10Sources