EN

Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA ÖZƏL/VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Talıb Tale haqqında efir qadağası qoyulması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.Bu barədə sənətçi Bizim.Media-ya danışıb. Talıb deyib ki, məlumatı mətbuatdan oxuyub:“Hər kəs mənə xəbəri göndərib, yeni məlumat aldım. Birinci ciddiyə almadım, sonra gördüm ki, insanlardan çox reaksiya gəlir, zənglər gəlir.

 

Həmin sayta zəng etdim, soruşdum ki, bu məlumatı nəyə əsasən vermisiz? Dedilər ki, açıqlaya bilmərik. Mən də rayondayam, yas yerinə gəlmişəm, başım qarışıqdır. Bakıya gələndə bununla ciddi məşğul olacağam, bu məlumatın hansı əsası var? Açıqlama olmasa məhkəməyə müraciət edəcəyəm”.

Qeyd edək ki, efir qadağası qoyulan müğənnilərlə bağlı siyahını manset.az yayımlayıb.

Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
3
bizim.media

4Sources