
Amerikanın “İnter Mayami” klubunun argentinalı hücumçusu Lionel Messi Ekvadorun “İndependiente del Valle” klubunun azarkeşlərinin hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, klublar arasında keçirilən yoldaşlıq oyunu zamanı Cənubi Amerika komandasının azarkeşləri meydana girib.
Onlardan ikisi əvvəlcə argentinalı ilə selfi çəkib, daha sonra isə iki nəfər 38 yaşlı Messini yerə yıxıb.