EN

Azərbaycanlı atıcı “Fransa Qran-prisi”ndə gümüş medal qazandı

Paragüllə atıcımız Aybəniz Babayeva Fransanın La-Şapel-Sen-Lyuk şəhərində keçirilən “Fransa Qran-prisi”ndə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P2) 220.8 xalla gümüş medal qazanıb.

İdman.Biz bildirir ki, Azərbaycan bu turnirdə iki idmançı ilə - Kamran Zeynalov 10 metr (P1), Aybəniz Babayeva 10 metr (P2) təmsil ounur.

Milli komandamızı yarışa baş məşqçi Əfqan Əhmədov çıxarıb.

Yarış martın 1-dək davam edəcək.

İdman.Biz
Chosen
16
1
idman.biz

2Sources