EN

Avropa Liqasında 1/8 final mərhələsinin bütün cütləri açıqlandı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

90deqiqe.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilib. Tədbirin nəticəsinə əsasən, növbəti raundda üz-üzə gələcək komandalar müəyyənləşib.

Bu mərhələnin ən maraqlı qarşılaşmalarından biri İtaliya derbisi olacaq. Belə ki, “Bolonya” ilə “Roma” 1/8 finalda münasibətlərinə aydınlıq gətirəcək. Almaniya və Portuqaliya təmsilçilərinin duelində isə “Ştutqart” “Portu”nu sınağa çəkəcək.

1/8 finalın bütün cütlükləri:

“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya)

“Genk” (Belçika) – “Frayburq” (Almaniya)

“Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya)

“Bolonya” (İtaliya) – “Roma” (İtaliya)

“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya)

“Selta” (İspaniya) – “Lion” (Fransa)

“Nottinqem Forest” (İngiltərə) – “Midtyullann” (Danimarka)

“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 12-də, cavab qarşılaşmaları isə 19-da keçiriləcək.

Chosen
17
12
90deqiqe.az

10Sources