AZ

Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Xəbər verilir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib:

“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya)

“Genk” (Belçika) – “Frayburq” (Almaniya)

“Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya)

“Bolonya” (İtaliya) – “Roma” (İtaliya)

“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya)

“Selta” (İspaniya) – “Lion” (Fransa)

“Nottinqem Forest” (İngiltərə) – “Midtyullann” (Danimarka)

“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)

Qeyd edək ki, bu raundun matçları martın 12-si və 19-da keçiriləcək.


Seçilən
13
12
azia.az

10Mənbələr