EN

Paşinyanın balans oyunu: Seçki ərəfəsində Rusiya faktoru

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının mövcudluğu ilə bağlı heç bir plan, proqram və ya narahatlıq yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, onların Rusiya Federasiyası ilə sıx tərəfdaşlığı var və iqtisadi-siyasi əlaqələr möhkəmdir.

Politoloq Əli Oruclu Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Nikol Paşinyan hakimiyyəti seçki ərəfəsində Moskvanı qəzəbləndirməkdən çəkinir və yaxşı anlayır ki, bu, ona baha başa gələr.

Ekspert vurğulayıb ki, Paşinyan paralel olaraq da Qərbin hərtərəfli dəstəyini qazanmağa çalışır:

“Rusiyanın İrəvana aydın tekstlə xəbərdarlığı var. Eyni anda həm Qərb institutları ilə, həm də Rusiyanın patronajlığı altında yaradılan qurumlarda təmsil olunmaq qeyri mümkündür. Paşinyan Avrointeqrasiyaya can atsa da, Rusiyadan hərbi, siyasi və iqtisadi asılılığı var. Bu bağları itirmək ciddi fəsadlar doğurar. Kreml, onsuz da İrəvana ondan uzaqlaşmağa razı olmaz. Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda daimi dislokasiyası Paşinyan üçün arzuolunan olmasa da bundan asan qurtarmaq da mümkün görünmür”.

Əli Oruclu: Paşinyan Avrointeqrasiyaya can atsa da, Rusiyadan hərbi, siyasi və iqtisadi asılılığı var

Məsələnin digər tərəfinə gəlincə, müsahibimiz qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülhə və normallaşmaya kifayət qədər hazır deyil. Dediyinə görə, üzərlərində basqı və diskomfortluq hiss edirlər.

Analitik qeyd edib ki, Rusiyanın “parçala və hökm sür” siyasəti və özünü ermənilərin türklərdən xilaskarı kimi şüurlara yetirilmiş təbliğatı hələ də erməni cəmiyyətində xofu, xəstə streotipləri saxlamaqdadır:

“Düşünürəm ki, Rusiyanın 102-ci bazasının Gümrüdən çıxarılması Moskvanın Cənubi Qafqazda hərbi mövcudluğuna son qoymaqla siyasi təsirini də xeyli dərəcədə azaldar. Amma bu, Ermənistan üçün riskli qərar olardı. Paşinyan hakimiyyətdə qalacağı təqdirdə də yaxın perspektivdə belə bir təhlükəli qərarın verəcəyini düşünmürəm”.

Aydın Baxış

Chosen
6
1
bakivaxti.az

2Sources