EN

Sumqayıtda yol nişanı "yoxa çıxdı", qəzalar artdı

Sumqayıt şəhəri, Mehrab Niftəliyev küçəsində yol nişanının olmaması qəzalara səbəb olur.

 

Sumqayit24.az-a müraciət edən vətəndaş bildirib ki, 13-cü mikrorayonu Corat bağlarından ayıran küçədə əvvəllər quraşdırılmış "Maneəni sağdan keç" işarəsi naməlum səbəbdən götürülüb.

Bu səbəbdən ərazidə tez-tez təhlükəli vəziyyət yaranır. Hətta təqdim olunan videoda əks olunan yol-nəqliyyat hadisəsinin də məhz nişanın olmaması səbəbindən baş verdiyi qeyd olunur.

Sakinlər aidiyyəti qurumlardan sözügedən ərazidə yol nişanının yenidən quraşdırılmasını xahiş edirlər.

Chosen
25
yenilik.az

1Sources