Bakı, 27 fevral, AZƏRTAC
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasimdə növbəti raundun cütlükləri müəyyənləşib.
Avropa Liqası
1/8 final
"Ferensvaroş" (Macarıstan) – “Braqa” (Portuqaliya)
"Genk" (Belçika) - "Frayburq" (Almaniya)
"Ştutqart" (Almaniya) – “Portu” (Portuqaliya)
"Bolonya" (İtaliya) - "Roma" (İtaliya)
"Panatinaikos" (Yunanıstan) – "Betis" (İspaniya)
"Selta" (İspaniya) – "Lion" (Fransa)
"Nottinqem Forest" (İngiltərə) - "Midtüllann" (Danimarka)
"Lill" (Fransa) - "Aston Villa" (İngiltərə)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri isə bundan bir həftə sonra reallaşacaq.