EN

Yağıntılı və küləkli hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-si saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bəzi yerlərdə şərq küləyi əsir, küləyin maksimal sürəti saniyədə Gəncədə 28, Naftalan və Şəmkirdə 24, Goranboyda 23, Culfa, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 21, Salyan, Sabirabad, Tovuz və Neftçalada 20, Salyan, Şəki və İsmayıllıda 18, Ağstafa, Qobustan və Hacıqabulda 16, Şamaxıda isə 15 metrədək güclənir.

Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Naftalan, Şabran, Qusar, Xaçmaz, Goranboy, Tərtər, Bərdə, Beyləqan, Lənkəran, Astara, Ağdamda yağış, Xınalıq, Ordubad, Şahdağa isə qar yağır.

Daşkəsən, Sarıbaş (Qax), Qobustan, Quba, Qusar, Xızı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Chosen
13
32
azertag.az

10Sources