EN

Azərbaycanda kiberhücumlara qarşı üç yeni mərkəz yaradılacaq

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ölkə səviyyəsində kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün mərkəzin yaradılması 2026-cı ilin dekabr ayında başa çatacaq.

Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.

Mərkəzin səlahiyyət və funksiyalarını müəyyən edən normativ hüquqi çərçivənin hazırlanması, maddi-texniki və kadr resurslarına dair texniki-iqtisadi əsaslandırmanın hazırlanması, Elektron Təhlükəsizlik Xidmətinin nəzdində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (N-SOC), Milli Kiberinsidentlərə qarşı Mübarizə Mərkəzinin (N-CERT) və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzin yaradılması planlaşdırılır.

Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
oxu.az

1Sources