EN

Ölkəyə qanunsuz qızıl keçirilməsinin qarşısı alındı

Bakı.Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyatakeçirdikləri tədbirlər nəticəsində başqasına məxsus, ümumilikdə 347qram qızılın paylama üsulu ilə gömrük qaydaları pozulmaqla ölkəərazisinə gətirilməsinin qarşısı alınıb.

Trend xəbərverir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Şarja-Doha-Bakı aviareyisi ilə gələn 4 nəfərAzərbaycan Respublikası vətəndaşları “yaşıl kanal” vasitəsiləgömrük zonasını tərk etmək istəyərkən əsaslı gömrük yoxlamasınacəlb edilib.

Baxış zamanı sərnişinlərdən gömrük orqanına bəyan edilməyən,ümumilikdə 300 qram “Pump” markalı qızıl külçələr və 47 qram qızılqolbaqlar aşkar edilib.

İlkin araşdırma zamanı aşkar edilən predmetlərin başqasınaməxsus olduğu, onlara Azərbaycan Respublikasına gətirmələri vəgömrük nəzarətindən keçirmələri üçün xarici ölkədə verildiyi məlumolub.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi bir daha xaricə səyahət edən vətəndaşlarabildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləriəşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yaradabilər.

Chosen
33
11
az.trend.az

10Sources