UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
MilliYol.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.
Püşkatma nəticəsində 1/8 final mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib:
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)"Budyo Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)"Bayer 04" (Almaniya) - "Arsenal" (İngiltərə)
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.