AZ

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - "Qalatasaray" "Liverpul"a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. SİA xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə 1/8 final cütlükləri müəyyənləşib

Türkiyə təmsilçisi "Qalatasaray" "Liverpul"a rəqib olub. "Qarabağ"ı "pley-off"da yarışdan kənarlaşdıran "Nyukasl" isə 1/4 final uğrunda "Barselona" ilə mübarizə aparacaq.

UEFA Çempionlar Liqası

1/8 final cütlükləri

"Bayer” (Almaniya) - "Arsenal" (İngiltərə)

“Qalatasaray” (Türkiyə) - “Liverpul” (İngiltərə)

PSJ (Fransa) - “Çelsi” (İngiltərə)

"Bodo-Qlimt” (Norveç) - “Sportinq” (Portuqaliya)

“Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə)

“Nyukasl" (İngiltərə) - “Barselona” (İspaniya)

“Atletiko” (İspaniya) - "Tottenhem” (İngiltərə)

“Atalanta” (İtaliya) - "Bavariya” (Almaniya)

Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları 10-11 və 17-18 martda keçiriləcək.

Seçilən
0
7
sia.az

10Mənbələr