Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin püşkü atılacaq.
Arena.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.
Pükatma mərasiminə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.
Bu raundda Liqa mərhələsini ilk “8-lik”də başa vurmuş komandalar və pley-offun qalibləri mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçları martın 12-də, cavab görüşləri isə ayın 19-da keçiriləcək.
Liqa mərhələsinin ilk “8-liy”i: “Strasburq” (Fransa), “Rakuv” (Polşa), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Rayo Valyekano” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Maynts” (Almaniya), AEK (Larnaka, Kipr).
Pley-off mərhələsinin qalibləri: “Kristal Pelas” (İngiltərə), “Lex” (Polşa), “Samsunspor” (Türkiyə), “Çelye” (Sloveniya), “Alkmar” (Niderland), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Siqma” (Çexiya).
