EN

Azərbaycanın UEFA reytinqində yeni rekordu: "Qarabağ"ın sayəsində

Azərbaycan hazırkı avrokubok mövsümünü UEFA əmsallar cədvəlində 27-ci pillədə başa vuracaq.

Publika.az xəbər verir ki, bu, Bolqarıstanın “Ludoqorets” klubunun Avropa Liqasından mübarizəsini dayandırmasından sonra məlum olub. Sıralamada yalnız Bolqarıstan Azərbaycanı qabaqlaya bilərdi ki, artıq belə ehtimal qalmayıb.

Ölkəmiz avromövsümü 22,937 xalla tamamlayır. Bu, Azərbaycanın reytinq tarixində qeydə alınan ən yüksək göstəricisidir. Buna qədər rekord 20,125 xal idi. Cari mövsümdə 5,812 xal qazanılıb.

Bu uğurda əsas pay sahibi Çempionlar Liqasında pley-off mərhələsinə qədər irəliləməyi bacaran "Qarabağ"dır - 4,687 xal. Digər təmsilçilərimiz "Sabah" (0,625), "Araz-Naxçıvan" (0,375) və "Zirə" (0,125) ümumilikdə 1,125 xal qazanıb.

Chosen
5
publika.az

1Sources