EN

Minifutbol millimizin AÇ-də rəqibləri müəyyənləşir – ARENA.AZ

Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri bəlli olacaq.

Arena.az xəbər verir ki, püşkatma mərasimi bu gün Slovakiyanın paytaxtı Bratislavada təşkil edəcək.

Tədbirə saat 20:00-da start veriləcək.

Azərbaycan milli komandası püşkatma zamanı birinci səbətdə yer alacaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatının final mərhələsi bu il mayın 27-dən iyunun 4-nə qədər Bratislavada təşkil olunacaq.

1-ci səbət: Slovakiya, Rumıniya, Azərbaycan, Serbiya, Qazaxıstan, Bolqarıstan;

2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;

3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;

4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
1
12
arena.az

10Sources