EN

Qazaxıstanda güclü partlayış: Ölənlər var

Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərindəki kafedə baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 16 yaşlı qız da daxil olmaqla yeddi nəfərə çatıb.

Bu barədə regional akimliyin mətbuat xidməti məlumat yayıb.

Akimliyin məlumatına görə, daha 13 nəfər xəstəxanadadır, altı nəfər isə ambulator müalicəyə köçürülüb.

Yaşayış binasına bitişik olan “Plov Mərkəzi” kafesində qaz partlayışı 26 fevral axşamı baş verib. Regional təcili yardım şöbəsi əvvəlcə altı nəfərin öldüyünü və təxminən 20 nəfərin yaralandığını bildirib, daha 10 nəfər isə hadisə yerinə gələn təcili yardım xidmətləri tərəfindən xilas edilib.

Yerli medianın hadisə yerindən yayımladığı görüntülərə görə, partlayış müştərilər kafenin içərisində olarkən baş verib.

Chosen
18
1
veteninfo.az

2Sources