Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə (DMA) yeni şöbə müdiri təyin olunub.
Ölkə.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Toğrul Turabov Agentliyin Sosial Tərəfdaşlarla İş Departamentinin Sosial Proqramlar şöbəsinə müdir təyin olunub.
Qeyd edək ki, T.Turabov 2021-ci ildən bu DMA-da çalışır.