Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə (DMA) yeni şöbə müdiri təyin olunub. Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Toğrul Turabov Agentliyin Sosial Tərəfdaşlarla İş Departamentinin Sosial Proqramlar şöbəsinə müdir təyin olunub.Qeyd edək ki, T.Turabov 2021-ci ildən bu DMA-da çalışır.